Kral DNT analizi verməlidir - Məhkəmə qərarı

kral-dnt-analizi-vermelidir
Oxunma sayı: 1776

Belçika məhkəməsi sənətçi Delfine Boelin keçmiş kral II Albertin qızı olması iddiaları ilə bağlı qərar verib.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, 10 ildir davam edən məhkəmə prosesi zamanı hakim kralın 3 ay ərzində DNT analizi verməli olduğunu, əks halda qanunla Boelin atası kimi qəbul ediləcəyini bildirib. Kral isə israrla 50 yaşlı sənətçinin onun qızı olmadığını müdafiə edir. 84 yaşlı Albert 2013-cü ildə taxt-tacı oğlu Filippə təhvil verib.

Delfine Boelin belə bir iddiaya düşməsinə isə kralın həyat yoldaşı Paolanın 1999-cu ildə nəşr etdirdiyi kitabda ərinin qeyri-qanuni uşağı olmasını yazması səbəb olub.