Kral əmr etdi, şahzadə həbs olundu

kral-emr-etdi-sahzade-hebs-olundu
Oxunma sayı: 666

İyulun 1-də internetdə Səudiyyə şahzadəsi Səud ben Əbdül-Əziz ben Musaidin insanları döydüyünü əks etdirən videorolik yayılıb.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, bu hadisədən sonra kral Salmanın əmrinə əsasən, o, həbs olunub.

Həmçinin kralın göstərişi əsasında şahzadə ilə davada iştirak edən digər şəxslər də həbs olunublar.

Qeyd olunur ki, mövcud məsələ ilə əlaqədar ədalətli qərar verilməyənə qədər saxlanılanlardan heç biri sərbəst buraxılmayacaq.