Kral Məhəmməd peyğəmbərin evini sökdürür- - İddia

kral-mehemmed-peygemberin-evini-sokdurur-
Oxunma sayı: 3440


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki,  iddiaya görə, Hz.Məhəmmədin doğulduğu evin əvəzinə tikiləcək binanın yeni sahibi kral Abdulla olacaq. “İndependent”ın xəbərinə görə, Məkkə və Kəbənin ətrafını göydələnlərlə dolduran Səudiyyə Ərəbistanı rəhbərliyinin Hz.Məhəmmədin doğulduğu evi dağıtmağı planlaşdırır. Plana görə, sözügedən sahəyə iqamətgah və AVM tikiləcək.

“İndependent”in müxbiri Endryu Conson yazdığı xəbərdə mövcud və həyata keçirilən oxşar layihələr görə Məkkədə onsuz da yüzlərlə tarixi abidə məhv edilməsinə və Kəbənin ətrafındakı saat qülləsi ilə xoşagəlməz bir görüntü ortaya çıxdığına diqqət çəkilir.

Vaşinqtondakı Gulf İnstitutunun xəbərində isə görə, Məkkədəki min illik tikililərin 95 faizini yox edilərək yerində göydələnlər ucaldılacaq. İngiltərədəki bir İslam araşdırma fondundan doktor İrfan Alavi də peyğəmbərin anadan olduğu evin, ilin sonuna qədər yıxılacağını güman etdiklərini açıqlayıb.

Hz.Məhəmmədin doğulduğu evin əvəzinə tikiləcək binanın sahibi isə kral Abdulla olacaq. Səudiyyə Ərəbistandakı bir çox mənbə mövcud plana qarşı çıxmaqdan çəkinir. Çünki Səudiyyə Ərəbistanı rəhbərliyi müxalifətdəki bu insanları cəzalandıra bilər.