Kral parlamenti buraxdı

kral-parlamenti-buraxdi
Oxunma sayı: 636

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İordaniya kralı parlamenti vaxtından əvvəl təyin olunmuş seçkilərə görə buraxıb. Fərman oktyabrın 4-də axşam saatlarında imzalanıb.
Seçkilərin vaxtı tam müəyyənləşdirilməsə də güman ki, cari ilin sonunda keçiriləcək.

Parlamentin buraxılması paytaxt Əmmanda hökumətə qarşı aksiya ərəfəsinə təsadüf edib. Oktyabrın 5-nə təyin olunmuş aksiyaya 50 min nəfərin qatılacağı, hökumətin istefası tələbinin irəli sürüləcəyi bildirilir.

Siyasi islahatların keçirilməsi ilə bağlı İordaniyada etiraz aksiyaları 2011-ci ilin əvvəlindən başlayıb. Aksiyaçılar Kral II Abdullahı bir sıra güzəştlər etməyə məcbur edib. Kral aksiya iştirakçılarına vəd edib ki, ölkənin baş naziri 2013-cü ildə parlament üzvləri tərəfindən seçiləcək.