Kraliça taxtdan gedir? - Sensasion iddia

kralica-taxtdan-gedir
Oxunma sayı: 644

İngiltərə tarixinin taxtda ən uzun müddət qalan hökmdarı Kraliça II Elizabetin hakimiyyətdən gedəcəyi iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, sensasion iddianı İngiltərənin məşhur “Mirror” qəzeti saraydakı mənbələrinə istinadən yayıb.

92 yaşlı kraliçanın 3 il sonra taxtı oğlu Şahzadə Çarlza təhvil verəcəyi bildirilir.

İddialara hələlik rəsmi münasibət bildirilməyib.

Qeyd edək ki, Kraliça II Elizabet 1952-ci ildən hakimiyyətdədir.