Kraliça Trampa nadir hədiyyələr bağışladı - Video

kralica-trampa-nadir-hediyyeler-bagisladi
Oxunma sayı: 1814

Böyük Britaniya kraliçası II Yelizaveta bu gün ABŞ prezidenti Donald Trampla görüşündə ona nadir hədiyyələr bağışlayıb.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, kraliça Uinston Çörçillin nadir nəşri “İkinci Dünya müharibəsi” kitabını bağışlayıb. Kitab qızıl suyuna çəkilib və yuxarı küncündə kraliçanın qızıl monoqramı var. Bundan başqa, cildləmədə ABŞ bayrağının rənglərindən ibarət saplardan istifadə edilib. 

II Yelizaveta, həmçinin, Trampa “Parker Duofold” qələm dəstini hədiyyə edib. Dəstdə pero və diyircəkli qələm, həmçinin kraliça üçün eksklüziv dizayn edilmiş qələm olub. 

Kraliça birinci xanım melaniya Trampı da hədiyyəsiz qoymayıb. Ona xüsusi hazırlanmış gümüş mücrü bağışlanıb.