Kraliçanı təhqirə görə 20 il həbs

kralicani-tehqire-gore-20-il-hebs
Oxunma sayı: 635

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 61 yaşlı Tailand sakini göndərdiyi mesajlarda kraliçanı təhqir etdiyi üçün 20 il azadlıqdan məhrum edilib. Onun 2010-cu ildə telefon mesajlarını həmin dövrün baş nazirinin xüsusi katibinə göndərdiyi məlum olub.
Qeyd edək ki, ölkədə monarxiyanı hədəf alan cinayətləri hədəfləyən qanunlar dünyada ən sərt qanunlar kimi tanınır. Bundan başqa, irəli sürülən ittihamlara yenidən baxılması üçün müraciətlərin özü də cinayət hesab edilir.


Səidə