Kraliçaya sui-qəsd- - 4 islamçı həbs olundu

kralicaya-sui-qesd-
Oxunma sayı: 1051


“Qafqazinfo” Turan-a istinadən xəbər verir ki, bu barədə bu gün “The Sun” yazıb.

Nəşrin iddiasına görə, saxlanılanlar II Yelizavetanı Krallığın müharibə və hərbi münaqişələrdə həlak olmuş Britaniya legionunun xatirəsinə həsr olunmuş festival zamanı öldürməyi planlayıblar. Cinayətkarlar ona Kral Albert-hollunda bıçaqla hücum etməyi düşünüblər. Onların odlu silaha malik olmaları da istisna olunmur.

Polisin həbs etdiyi şəxslər 19-27 yaş aralığındadır. Əməliyyatlar Londonun qərb hissəsində, Bakinqemşir qraflığında keçirilib.

The Daily Mail-in məlumatına görə, şübhəli bilinən dörd nəfərdən ən gənci – 19 yaşlı Yusif Səid – Hay-Uikemdə anasının evində həbs edilib. Bəzi məlumatlara görə, o, bu yaxınlarda Pakistandan səfərdən qayıdıb.

Şübhəli bilinənlərin içində yaşca ən böyüyü Sautholda saxlanılıb. Qalan iki nəfəri isə Haunslou və Aksbricdə həbs ediblər. Onların hamısı Londonun mərkəzində yerləşən polis bölməsinə gətirilib və dindiriliblər.

Terror aktının hazırlanmasında şübhəli bilinənlərin saxlanılması Skotland-Yardın hesabatında da yer alıb. Amma orada indi tutulanların kraliçaya sui-qəsd etmələri barədə heç bir şey deyilmir.

The Sun-ın yazdığına görə isə II Yelizavetanın özü və baş nazir Devid Kemeron hazırlanan sui-qəsd barədə xəbərdar edilmişdilər. Buna baxmayaraq, Bukingem sarayında kraliçanın rəsmi tədbirlərdə iştirakını təxirə salmamaq qərara alınmışdı.

Şübhəli bilinən şəxslərin “İslam dövləti” qruplaşması ilə əlaqəsi olub-olmadıqları haqda xəbər verilmir. Daha öncə isə KİV-də İraq və Suriyada döyüşən islamçıların Avropa və ABŞ-da terror aktlarını təşkil etməyi planlaşdırdıqları barədə xəbər verilmişdi.