Kralın DJ-lə şəkli müzakirələrə səbəb oldu

Kralın DJ-lə şəkli müzakirələrə səbəb oldu
Oxunma sayı: 1354

Fransalı musiqiçi DJ Snake özünün “Twitter” hesabında Mərakeş Kralı VI Məhəmmədlə kral sarayında çəkilmiş şəklini paylaşıb. Kralın və musiqiçinin qəşəng kostyumlarda olduqları fotoşəkil ölkədə müzakirələrə səbəb olub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, musiqiçi şəkli paylaşarkən monarx haqqında xoş sözlər və minnətdarlıq dolu fikirlər də yazıb. Şəkli minlərlə mərakeşli şərh edib, monarxa xoş arzularını ifadə ediblər.

Şəklin nə vaxt çəkildiyi barədə məlumat verilmir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi