Krallığın 9-cu varisi evləndi - Diqqətlər şahzadənin kürəyində...

Krallığın 9-cu varisi evləndi
Oxunma sayı: 5846

Bu gün dünya İngiltərə kral ailəsinin növbəti toyuna şahidlik edib.

“Qafqazinfo” xəbər verir ki, Birləşmiş Krallıq taxtının doqquzuncu varisi olan 28 yaşlı şahzadə Evgeniya 850 qonağın iştirak etdiyi mərasimdə yeddi illik sevgilisi Cek Bruksbankla evlənib. Şahzadənin evləndiyi şəxs Londonda gecə klublarından birinin sahibidir. 

Fırtınaya yaxalanan qonaqlar bu səbəbdən çətin anlar yaşayıblar. Mərasimdə Liv Teyler, Robbi Vilyams, Naomi Kempbel, Keyt Moss kimi məşhurlar da iştirak ediblər. 

Toyda ən diqqət çəkən məqam isə şahzadənin kürəyiaçıq gəlinliyi ilə ortaya çıxan görüntü olub. Bununla da, Eugeniyanın onurğa əməliyyatı keçirdiyi məlum olub.












Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi