Krallıq Qaşıqçı cinayətinin beynəlxalq araşdırmaya verilməsini istəmir

kralliq-qasiqci-cinayetinin-beynelxalq-arasdirmaya-verilmesini-istemir
Oxunma sayı: 1301

Səudiyyə Ərəbistanı hökuməti Türkiyənin jurnalist Camal Qaşıqçının qətlinin beynəlxalq araşdırmaya həvalə edilməsi təklifi ilə razılaşmır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu xarici işlər naziri Adel əl-Cubeyr Ər-Riyadda keçirdiyi mətbuat konfransında deyib:

“Krallıq tədqiqatlara davam edir. Çünki cinayət Səudiyyə Ərəbistanının konsulluq binasında səudiyyəli jurnalistə qarşı törədilib. Jurnalistin ölümünün siyasiləşdirilməsi lazım deyil. Bu qətl cinayətdir və böyük səhvdir”.