Kredit təşkilatı açıqlama yaydı

kredit-teskilati-aciqlama-yaydi
Oxunma sayı: 651

Məlumatda bildirilir ki, 2 nəfər Astara sakininə kredit verilməsinə baxmayaraq, sonradan vətəndaşlardan xəbərsiz kredit üçün girov qismində təqdim olunmuş ev və torpaq sahələrinin sənədlərindən istifadə etməklə onların adına saxta yolla kredit rəsmiləşdirilib.

İKA isə xəbəri təkzib edib. Təşkilatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, dərc olunan yazılarda bir sıra yanlışlıqlara yol verilib: “İKA ölkədə aqrar sektorun inkşaf etdirilməsi məqsədilə Azərbaycan Hökumətinin zəmanəti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) tərəfindən ayrılmış kredit vəsaiti hesabına respublikanın müxtəlif regionlarında qanunvericiliyə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətlər şəklində dövlət qeydiyyatına alınmış kredit ittifaqlarının maliyyələşdirilməsi üçün onlarla əməkdaşlıq edir. Həmin kredit ittifaqlarının İKA-dan aldıqları vəsait İKA tərəfindən deyil, Kredit İttifaqı tərəfindən ittifaqın üzvü olan fiziki şəxslərə öz aralarında bağlanmış müvafiq müqavilələr əsasında verilir”.
Belə kredit ittifaqlarından biri də Astara rayonunda fəaliyyət göstərən “Astara Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətdir ki, uzun müddət İKA ilə əməkdaşlıq etməsinə baxmayaraq son dövrlərdə aldığı kreditləri vaxtında geriyə qaytarmadığına görə Astara rayon məhkəməsinə müraciət edilib və məhkəmə tərəfindən tələb ipoteka əmlakına yönəldilərək İKA-nın xeyrinə qətnamə qəbul edib.
Yazıda göstərilən Astara rayon sakinlərinə hər hansı bir kreditin verilməsi Astara Kredit İttifaqı tərəfindən rəsmiləşdirilib və bu məsələdə İKA-nın heç bir iştirakı olmadığına görə İKA hesab edir ki, “Astara Kredit İttifaqı” MMC-yə qarşı qaldırılan cinayət işinin İKA-ya aidiyyəti, habelə, qaldırılan cinayət işi barədə məlumatı yoxdur”.