“Kreditə pul götürmək haramdır”

kredite-pul-goturmek-haramdir
Oxunma sayı: 2598


“Qafqazinfo” xəbər verir ki, ilahiyyatçı Elşad Miri analitik.az-a bildirib ki, İslam dinində birmənalı olaraq həm faizlə pul vermək, həm də faizlə pul götürmək haram sayılır: “Amerkanların belə bir məsəli var ki, dostuna borc vermə, çünki həm pulunu, həm də dostunu itirərsən. Bu gün ölkədə bu “əl tutmaq” məsələsi çox geniş yayılıb. Dində isə bir insanın hər hansı səbəbdən kreditə pul götürməsi, sələm alıb-verməsi Allaha və Qurana savaş açmaq kimi elan olunur. Bu baxımdan insanların sələm alıb-verməsi heç bir halda İslam dininə uyğun deyil.”

İlahiyyatçı onu da deyir ki, insanlar yalnız müəyyən şərtlər daxilində sələmə pul götürə bilərlər:“İnsanla bağlı ölüm təhlükəsinin qarşısını almaq məqsədilə bundan istifadə etmək olar. Əks halda belə bir şeyə icazə verilmir. Yəni, insanın imkanı götürülən pulun qaytarılmasına kifayət etmirsə, maşın və yaxud ev almaqdan ötrü faizlə pul götürülməsinə ehtiyac yoxdur”.