“Kreditlərin illik faiz dərəcəsi 5%-ə endirilib”

kreditlerin-illik-faiz-derecesi-5-e-endirilib
Oxunma sayı: 2407

"2015-ci ildən etibarən özəl sektorun inkişafı ilə bağlı qəbul edilən yeni qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı hesab olunur".

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün keçirilən “Vergi, şəffaflıq, inkişaf” mövzusunda forumda deyib.

O deyib ki, vergi, gömrük, sosial ödənişlər sistemində köklü və uğurlu islahatlara başlanılmış, Azərbaycan Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyü Reyestri yaradılmış, Sahibkarlığın İnkişafı Fondu yaradılmış, verilən kreditlərin illik faiz dərəcəsi 5%-ə endirilib. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması ilə bağlı texniki şərtlərin ödənişsiz verilməsi müəyyən edilmiş, sahibkarların tikinti obyektlərinin layihələndirilməsi, tikintisinə icazənin verilməsi prosedurları sadələşdirilmiş, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir”.