“Kremli ayın 22- də saat 3- də partladacağam”

kremli-ayin-22-de-saat-3-de-partladacagam
Oxunma sayı: 642

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 200 illik məktub dünən Paris şəhərində 150 min avroya satılıb.

Fransa ordusunun generalı Napoleon Bonapartın Rusiya çarına yazdığı məktub "Osenat" hərrac şirkətinin rəhbəri Jan-Kristofe Çataignier tərəfindən hərraca təqdim edilib. Tarixi məktub Parisdə fəaliyyət göstərən əlyazmalar muzeyi tərəfindən alınıb.

Napoleonun Rusiyaya məğlubiyyətindən bəhs edən 20 oktyabr 1812-ci ildə yazılmış şifrəli məktub, ictimaiyyət üçün mətni izah edilmiş formada hərraca qoyulub. Məktubda Rusiyada olarkən Fransa ordusunun üzləşdiyi xəstəliklər, soyuq və aclıqdan bəhs edən Fransa imperatoru Moskvaya daxil ola bilməyəcəyini etiraf edir.