Krım işıqsız qaldı

krim-isiqsiz-qaldi
Oxunma sayı: 1630

Rusiyanın cənub-şərqindəki Tamanda yerləşən elektrik stansiyasında günorta saatlarında qəza baş verib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyi məlumat yayıb.

Qəza səbəbindən Krım və Sevastopola elektrik verilişi dayanıb. Nəticədə 2 milyondan çox insan işıqsız qalıb.

Problem bir neçə saat içində həll edilib.