Krıma rəhbər seçildi

krima-rehber-secildi
Oxunma sayı: 1763

İkinci çağırış Krım Dövlət Şurasının deputatları plenar iclasda Rusiya ilə birləşdikdən bəri bölgəyə rəhbərlik edən Sergey Aksyonovu respublikanın başçısı vəzifəsinə yenidən seçiblər.

“Qafqazinfo”nun “Life.ru” portalına istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin spikeri Vladimir Konstantinov məlumat verib. 

46 yaşlı Aksyonovun lehinə yekdilliklə- 74 deputatın hamısı səs verib. O, növbəti 5 il müddətinə Krımı idarə edəcək.