Krıma seksual baş prokuror təyin olundu - - Foto

krima-seksual-bas-prokuror-teyin-olundu-
Oxunma sayı: 6499


ANS PRESS-in xəbrinə görə, Ukraynada Qərb tərəfdarlarının iqtidara gəlməsindən sonra Rusiyaya bağlılıq qərarı alan Krım Muxtariyyəti rəhbərliyi baş prookurorluq vəzifəsinə Moskva tərəfdarı Natalya Poklonskayanı gətirib. 

Paytaxt Kiyevdəki nümayişlərin mərkəzi sayılan Maydan yaxınlığında yaşayan 33 yaşlı prokuror Poklonskya vəzifəyə təyin edilmədən əvvəl yeni Ukrayna rəhbərliyini tənqid etmişdi. O, müvəqqəti Kiyev rəhbərliyini "küllərin içindən doğulan şeytanlar" olaraq xarakterizə etmişdi. 

Gənc prokurorun keçirdiyi ilk toplantıda səlahiyyətlilərlə Krımdakı son vəziyyət və bölgədə sabitliyin təmin edilməsi üçün alınacaq tədbirlərdən danışdığı açıqlanıb.

Ukrayna mətbuatında çıxan xəbərlərdə Poklonskayanın sosial şəbəkə saytlarına qoyduğu şəkillərinin seçilməsi də diqqət çəkib.