Krımda keçirilən referendumun ilkin nəticələri açıqlandı

krimda-kecirilen-referendumun-ilkin-neticeleri-aciqlandi
Oxunma sayı: 1895


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, referendumda iştirak edənlərin sayı az olsada, seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs veriblər.

Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, səsvermədə iştirak edənlərin yalnız 7 faizi Krımın Ukraynanın tərkibində qalmasını istəyib.

Rusiya tərəfi referendumda ciddi insidentin baş vermədiyini bildirir. 

Qeyd edək ki, ABŞ başda olmaqla Qərb ölkələri referendumun nəticələrini tanımayacaqlarını bəyan ediblər.