Krımdakı terrorun görüntüləri yayıldı - Video

krimdaki-terrorun-goruntuleri-yayildi
Oxunma sayı: 7766

Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Krımın Kerç şəhərində kolleclərdən birində terror aktı baş verib. Hadisə nəticəsində 15-i tələbə, 5-i kollec işçisi olmaqla 20 nəfə ölüb, 47 nəfər isə yaralanıb.

İnsidenti kollecin dördüncü kurs tələbəsi Vladislav Roslyakov törədib. O, tələbələrə atəş açdıqdan sonra özünü öldürüb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, qanlı hadisənin artıq görüntüləri yayılıb.

Görüntülərdə gənc qatilin kollecə daxil olması, eləcə də hadisəni törətdiyi an təsvir olunub.