“Krımı Rusiyanın hesab etmək hələ tezdi” - Obama

krimi-rusiyanin-hesab-etmek-hele-tezdi-
Oxunma sayı: 2700


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, Krım Federasiyanın tərkibində dünya icmaiyyəti nümayəndələri tərəfindən qəbul edilmir. Buna görə də onun Rusiyaya birləşməsi qanuni xarakter daşımır. 

Obama eyni zamanda qeyd edib ki, Krımdakı məsələnin Kosovodakı vəziyyətlə müqayisəsi ümumiyyətlə heç bir məna kəsb etmir. 

Ağ ev rəhbəri bildirib ki, Rusiya "ABŞ-ın milli təhlükəsizliyi üçün ilk təhlükə” deyil. “Məni hələ də nüvə silahının Manhettendə partladıla bilməsi fikri bundan daha çox narahat edir”,- deyə o, Haaqada keçirilən sammitdə jurnalistlərə bildirib.