Krimianal aləmin üzvləri həbsə göndərildi - “Bulaq”dakı atışmaya görə

Krimianal aləmin üzvləri həbsə göndərildi
Oxunma sayı: 3734

Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında silahlı insident törətməkdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov və digər şəxslərə hökm oxunub.

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Tofiq Qaramirzadə 7 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Nağıyev və Araz Vəliyevin hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-ci ilin aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi