Krımın adı dəyişə bilər - Deputatdan açıqlama

krimin-adi-deyise-biler
Oxunma sayı: 2296

Ukrayna Ali Radasının deputatı Refat Çubarov Krım yarımadasının yenidən adlandırılması məsələsinin müzakirəsinə başlanıldığını bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Ukrayna konstitusiyasına dəyişiklik layihəsi əsasında Krım Avtonom Respublikasının “statusu” haqqında layihə üzərində xüsusi işçi qrup çalışacaq. Millət vəkilinin sözlərinə görə layihəyə əsasən, Krım “Krım avtonomiyası” adlandırılacaq.

Digər variantlar da istisna edilməyib. Belə ki, “Krım-tatar avtonomiyası” da səsləndirilən versiyalar sırasındadır.