Krımın eks-prezidenti Rusiyaya aparıldı

krimin-eks-prezidenti-rusiyaya-aparildi
Oxunma sayı: 1961

Türkiyədə insult keçirən Krımın eks-prezidenti Yuri Meşkov Rusiyaya aparılıb. “Qafqazinfo” "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə siyasətçinin qızı Marianna Meşkova Feysbuk hesabında məlumat verib. 

“Kömək edən hər kəsə təşəkkür edirəm. Atam Krasnoqorskdadır”, - Meşkova yazıb.

Y. Meşkovun bir müddət koma vəziyyətində olduğu məlumdur. 

Qeyd edək ki, Y. Meşkov Krım tarixində yeganə prezident olub.