Kriminal aləmdə tanınan 31 şəxs həbs edilib

Kriminal aləmdə tanınan 31 şəxs həbs edilib
Oxunma sayı: 2533

Azərbaycanda həyata keçirilmiş kompleks profilaktik tədbirlər nəticəsində cinayətlərin ümumi sayı 2016- cı illə müqayisədə 2,7 faiz azalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2017- ci ilə dair hazırladığı hesabat sənədində qeyd olunub. 

 Hesabatda qeyd olunur ki, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə  də uğurla davam etdirilərək 418 cinayətin üstü açılıb.  Polisin əsas funksiyalarından olan  cinayətlərin açılması, 2016- cı illə müqayisədə hesabat ilində 2,6 faiz yaxşılaşaraq 85,8 faiz təşkil edib.  Məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər təqsirləndirilən şəxs tutulub.  İnterpolun Milli Mərkəzi Bürosu  vasitəsilə beynəlxalq axtarışa verilmiş 76 nəfrin yeri müəyyən olunub.  Hesabat dövründə müxtəlif cinayətlər törətmiş 13822 o cümlədən ağır və xüsusilə də ağır cinayətlrəə görə 2454 şəxs məsuliyyətə cəlb edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1028  cinayətkar qrup zərərsizləşdirilmiş, kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqamiət göstərən  2 nəfər məhv edilib.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi