Kriminal avtoritetin evi satışa çıxarıldı - Həmin evdə güllələnmişdi + Video

Kriminal avtoritetin evi satışa çıxarıldı
Oxunma sayı: 6301

Rusiyanın Yekaterinburq şəhərində vaxtı ilə “Sentrovıye” («Центровые») cinayətkar qruplaşmasının liderlərindən birinə - Mixail Kuçinə məxsus ev satışa çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Ura.ru” saytı xəbər verib.

Obyekt haqda məlumat, foto və video daşınmaz əmlak bazası olan “Cian.ru” saytında yerləşdirilib. Üçmərtəbəli tikilinin ümumi sahəsi 311 kv.m təşkil edir. O, Yuqo-Zapadnıy mikrorayonunun Volqoqrad küçəsində yerləşir. Obyektin qiyməti 7,5 milyon rubldur.

Qeyd edək ki, Kuçin məhz bu evdə 1994-cü ildə güllələnib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi