Kriminal Bakı

kriminal-baki
Oxunma sayı: 694

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Alaxsova Sabrina Cavidovna tutulub.

Dekabrın 2-də Babək prospektində Ulduzə Eyvazovaya məxsus «Subaru» markalı avtomobildən açıq qapıdan keçməklə içərisində 1000 manat, 2 ədəd mobil telefon və sənədlər olan əl çantası oğulanıb. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Seymur Talıbov dekabrın 8-də tutulub.

Dekabrın 4-də Xanım İsmayılova Moskva prospekti 70-in qarşısında naməlum sürücünün taksi kimi idarə etdiyi avtomaşına əyləşərək Yeni Yasamala gedəcəklərini bildirib. Sürücü avtomaşını Moskva prospekti 75-in qarşısında saxlayıb bıçaqla X.İsmayılovanı hədələyərək qızıl boyunbağısını və 125 manat pulunu alıb. Yasamal RPİ CAŞ və 29-cu PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində quldurluqda şübhəli bilinən Orxan Fərzəliyev dekabrın 8-də tutulub.

Noyabrın 27-nə keçən gecə Cavanşir küçəsində yerləşən, İlqar İsgəndərova məxsus mağazanın anbarından qıfılı sındırma yolu ilə içkilər və yağ məhsulları oğurlayan Pərviz Quliyev dekabrın 8-də Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən tutulub.

Dekabrın 9-u saat 22:00 radələrində Vüqar Mirzəyevə məxsus «QAZ-31105» markalı avtomaşın Mərdəkan qəsəbəsi S.Yesenin küçəsindən qaçırılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Əzizağa Cəlilov dekabrın 10-u saat 00:30 radələrində DİN ÇPA, Xəzər RPİ 1-ci PB və Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən avtomobillə birlikdə saxlanılıb.

Sabunçu RPİ Cinayət-Axtarış Şöbəsi, 12-ci və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşınlardan açarseçmə və şüşəni sındırma yolu ilə oğurluq etməkdə şübhəli bilinən Məmməd Əzimov dekabrın 9-da tutulub. Məlum olub ki, o, oktyabrın 17-nə keçən gecə 12-ci mədəndə Ədib Cabbarova məxsus «VAZ-2106» markalı avtomaşından açarseçmə yolu ilə maqnitafon və akkumlyator, H.Sultanov küçəçində Çingiz İsgəndərova məxsus «VAZ-21013» avtomaşından akkumlyator, oktyabrın 17-si saat 12 radələrində Sülh küçəsində Zaur Hüseynova məxsus «VAZ-2106» avtomaşından akkumlyator oğurlanıb.

Daha sonra, oktyabrın 18-nə keçən gecə D.Bednıy küçəsində Təzəbəy Ağayevə məxsus «VAZ-21011» markalı avtomaşından akkumulyator və elektrik alətləri, Asif Ağayevə məxsus «VAZ-2106» markalı avtomaşından akkumulyator, sənədlər və geyim əşyaları, Əhsən Teymurova məxsus «VAZ-2103» markalı avtomaşından akkumlyator, Məmmədyarov küçəsində Kamil Həsənova məxsus «VAZ-2102» markalı avtomaşından akkumlyator və maqnitafon, Asif Alışova məxsus «VAZ-2106» markalı avtomaşından akkumlyator, Stansiyayanı küçəsində Məhərrəm İsmayılova məxsus «VAZ-2106» markalı avtomaşından akkumlyator və 2 təkər, Elşən Sadıxova məxsus «VAZ-2103» markalı avtomaşından akkumlyator, Elman Qafarova məxsus «VAZ-2102» markalı avtomaşından akkumlyator, 2 ədəd səsgücləndirici və 3 ədəd ayaqqabı götürüb.

Noyabrın 22-nə keçən gecə isə Ə.Kərim küçəsində Məhəmməd Quliyevə məxsus «VAZ-2106» markalı avtomaşından şüşəni sındırma yolu ilə maqnitafon və manitor oğurlanıb.