Kriminal Bakı

kriminal-baki
Oxunma sayı: 650

Fevralın 5-də Biləcəri qəsəbəsində qəsəbə sakinləri Turan Ağayev və Taleh Şamxalov Natiq Adıgözəlovun döş qəfəsindən bıçaq xəsarətləri yetirdiyi üçün Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Fevralın 5-də Babək prospektində Bakı şəhər sakini Elyar Əlisoy Şəmsi Nağıyevə bıçaq xəsarətləri yetirdiyi üçün Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Yanvarın 30-dan fevralın 4-dək olan müddətdə Lökbatan qəsəbəsində qəsəbə sakini Yusif Musayevə məxsus mağazadan qapını sındırma yolu ilə avto ehtiyat hissələri oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Saleh Xancanov və qardaşı Elimağa fevralın 5-də tutulublar.

DİN BCAİ və Nəsimi RPİ CAŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Etibar Ağayev fevralın 5-də yaxalanıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirdamət Abbasov fevralın 5-də yaxalanıb.

Nəsimi RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zülfüqar Zülfüqarovdan 485 qram marixuana aşkar edilib.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Azər Həsənov fevralın 5-də yaxalanıb.

Fevralın 4-ü saat 05:30 radələrində Daş karxanası küçəsində Qazax rayon sakini Üzeyir Yusifov və A.Nemətulla küçəsində Bakı şəhər sakini Anar Məmmədxanov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hər iki cinayətdə şübhəli bilinən əvvəllər məhkum olunub, Rusiya Federasiyasının vətəndaşı Olqa Adeyeva fevralın 5-də tutulub.