Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 650

Dekabrın 29-u saat 18:30 radələrində 174 saylı xətt avtobusunda Bakı şəhər sakini Nadir Mirzəyev Hüseyn Zeynalovun cibindən 81 manat, 200 ABŞ dolları və Azər Sadıqovun cibindən 100 manat oğurlayıb qaçarkən Qaradağ RPİ PPXB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Dekabrın 29-u saat 16 radələrində «Velotrek» ticarət mərkəzinin qarşısında Salyan rayon sakini Ələkbər Abbasov İslam Verdiyevin cibindən 46 manat oğurlayıb qaçarkən Nəsimi RPİ PPXB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Dekabrın 26-sı saat 15 radələrində «Sədərək» ticarət mərkəzində Ağarəhim Mənsimova məxsus mağazadan açıq qapıdan daxil olma yolu ilə 2 ədəd avtomaqnitafon oğurlayan Bavadar Əliyev dekabrın 29-da Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır.

Dekabrın 27-si saat 18 radələrində Dübəndi bağ massivində Əli Səfərova məxsus evdən dəmir darvaza, qapı, su nasosu və 230 metr naqil oğurlanmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Əbil Abbasov dekabrın 29-da Xəzər RPİ 3-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Ağalar Xəlilov Sabunçu RPİ PPXB və 14-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Hümbət Hümbətov tutulmuşdur.

Nəsimi RPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Murad Həsənovdan 0,43 qram marixuana götürülmüş, ona narkotik maddə satan Sabirabad rayon sakini Heydər Fərəcov tutulmuş, ondan isə 23,25 qram marixuana aşkar edilmişdir.