Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 645

Aprelin 15-də Azadlıq prospektində Bakı şəhər sakinləri Elçin Əlizadə Ağazahid Əliyevin kürək nahiyəsindən bıçaq xəsarətləri yetirdiyinə görə Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Aprelin 15-də Neapol küçəsində yaşayanlar Elşən Məmmədov həyat yoldaşı Rəna Məmmədovaya bıçaq xəsarətləri yetirdiyinə görə Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Aprelin 15-i saat 22:30 radələrində Z.Bünyadov prospektində Bakı şəhər sakini Vüqar Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Babək Babayevi vurmuş və piyada aldığı xəsarətlərdən KTM-da ölüb.

Aprelin 15-də 7-ci mikrorayonda yaşayan Toğrul Şükürov yaşadığı ünvanın qarşısında aldığı bıçaq xəsarətləri ilə KTM-ya yerləşdirilib. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əliyev aprelin 15-də tutulub.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Anar Heydərov aprelin 15-də tutulub. Müəyyən edilib ki, o, 2011-ci il noyabrın 22-nə keçən gecə Bakı şəhər sakini Elçin Abdullayevə məxsus S.Şuşinski küçəsi yeni tikilidəki evdən nəfəslikdən keçmə yolu ilə tikinti alətləri və 5 top (500 metr) elektrik naqili, dekabrın 13-də S.Qocayev küçəsində yaşayan Könül Mehralıyevanın mənzilindən açar seçmə yolu ilə 170 manat, 300 ABŞ dolları, mobil telefon və videokamera oğurlayıb. Bu il aprelin 10-da Suraxanı rayonu Bülbülə qəsəbəsi S.Əliyev küçəsində yaşayan Əhməd Əliyevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə qızıl-zinət əşyaları, noutbuk və videokamera, aprelin 13-də isə Sülh küçəsində yaşayan Natiq Əliyevin mənzilindən eyvanın qapısını sındırmaqla oğurluğa cəhd edib.

Yanvarın 25-də Ç.Kərimov küçəsində yerləşən bazarda Bakı şəhər sakini Nəzakət İbrahimovaya məxsus, içərisində 300 manat, mobil telefon və qızıl-zinət əşyaları olan əl çantası naməlum şəraitdə oğurlanıb. Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Marif Quliyev aprelin 15-də tutulub.

Aprelin 14-də Lökbatan qəsəbəsi H.Sultanov küçəsində qəsəbə sakinləri Cavid Qasımov mübahisə zəminində Ənnağı Ənnağıyevə bıçaqla xəsarət yetirdiyinə görə Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən yaxalanıb.

Aprelin 6-da iki naməlum şəxs Təbriz küçəsində Bakı şəhər sakini İlqar İsmayılovun idarə etdiyi “Mesedes” markalı avtomobilə yaxınlaşaraq kitab satmaq adı ilə onun əlində olan 480 manat pulu alıb qaçıb. Nərimanov RPİ CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakinləri Rəsul Quliyev və Ramil Hüseynov aprelin 14-də tutulub.

Yanvarın 18-də Qobustan rayon sakini Adil Məhərrəmov Nəsimi RPİ 19-cu PB-yə ərizə ilə müraciət edərək bildirib ki, 2011-ci ilin avqust ayında A.Məhərrəmov küçəsində tanıdığı şəxs onun etibarından sui-istifadə edərək 5800 manat alıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Təranə Qurbanova aprelin 14-də tutulub.

Yasamal RPİ PPXB və 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt ŞPİ tərəfindən AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Səbuhi Allahverdiyev aprelin 14-də tutulub.