Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 640

Aprelin 23-ü saat 20:15 radələrində, Zığ yolu küçəsində, Ucar rayon sakini Nicat Abdullayev idarə etdiyi “Mersedes” markalı avtomobillə idarəetməni itirərək yolun kənarında olan piyadalar, Bakı şəhər sakinləri Akif İsgəndərlini, Akif Nəsirovu, İlqar Şükürovu və Fazil Sevdimalıyevi vurub. Nəticədə, sonuncu hadisə yerində ölüb, A.İsgəndərli, A.Nəsirov və İ.Şükürov xəstəxanaya yerləşdirilib.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Kəmalə Hüseynova aprelin 23-də tutulub.

Aprelin 20-nə keçən gecə A.Şərifzadə küçəsində yerləşən Texniki Universitetin yataqxanasında Urfan Hacıyevin yaşadığı otaqdan 1400 manat naməlum şəraitdə oğurlanıb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Goranboy rayon sakini Razi İbrahimov, Cəlilabad rayon sakini Dövlət Alışov və İmişli rayon sakini Xəyal Qurbanov aprelin 23-də tutulub.

Xətai RPİ QŞVŞ əməkdaşları Gürcüstan vətəndaşı Zaur Həsənovu qeydiyyatsız yaşadığı üçün barəsində İXM-nin 339.1-ci (əsnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil verilib.