Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 648

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kuznetsov Vyaçeslav Pavloviçdən 482 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Nərimanov RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Eyyub Əliyevdən 500 qramdan artıq narkotik vasitə olan heroin və 4 kq 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Aprelin 23-də Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində Bakı şəhər sakini İntiqam Əliyev bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şəki şəhər sakini Elman Şirinov aprelin 30-da tutulub.

Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Nurəddin Həsənov aprelin 30-da tutulub.