Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 636

Mayın 5-də Q,Qarayev prospektində Bakı şəhər sakinləri Aqil Məhərrəmov sərxoş vəziyyətdə mübahisə zəminində Etibar Avçuyevi bıçaqladığına görə Nizami RPİ 25-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Mayın 5-i saat 21 radələrində Qala-Pirallahı yolunda Bakı şəhər sakini Yusif Vəliyev idarə etdiyi “Mersedes” markalı avtomobillə Samir Bağırovu vurub və idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə, sərnişinlər Məhəmməd Vəlirev və Rasim Ağayev 3 saylı xəstəxanaya yerləşdirilmiş, S.Bağırov isə xəstəxanada ölüb.

Mayın 5-i saat 13:55 radələrində İnşaatçılar prospektində Masallı rayon sakini Şahin Eynullayev idarə etdiyi “Mersedes” markalı avtomobillə Şərur rayon sakini Esmira Babayevanı vurub, nəticədə piyadaçı hadisə yerində ölüb.

Mayın 4-ü saat 22 radələrində Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində naməlum şəxs qəsəbə sakini Nərgiz Əliyevanın qızıl boyunbağısını qırıb qaçıb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, Bakı şəhər sakini Emin Əbilov mayın 5-də tutulub.

Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İldırım Məmmədov mayın 5-də tutulub.