Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 637

Mayın 14-də naməlum şəxs Rüstəmov küçəsində yaşayan Romanova-Kudravseva Valentina Steopanovnanın qızıl boyunbağısını qırıb qaçırıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Xaçmaz rayon sakini Zöhrab Mahmudov elə həmin gün tutulub.

Mayın 12-də Nəcməddin İsmayılov Binəqədi - Pirşağı şossesində qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Vasif Sayılov mayın 14-də tutulub.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Məhərrəmovdan 431 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.