Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 982

Mayın 1-i saat 16 radələrində Sumqayıt şəhər sakini Ümidvar Rzayev Nearol küçəsində Orxaq Məmmədovun rul kisəsini cibindən götürüb qaçdığına görə Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Mayın 29-da Türkan qəsəbəsində Şamil Hacıyevin bağ evindən 50 metr elektrik naqili, su mühərriki, həmin qəsəbədə yaşayan Elman Məmmədovun bağ evindən qaynaq araratı və 380 kiloqram aliminium oğurlanmışdır. Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Türkan qəsəbə sakinləri Malik Quliyev və Samir Əlizadə mayın 30-da tutulmuşdur.

Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsilə axtarışda olan Dəyanət Haqverdiyev mayın 30-da tutulmuşdur.

Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantayla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsilə axtarışda olan Fuad Babayev mayın 30-da tutulmuşdur.

Mayın 29-da M.Rüstəm küçəsində Bakı şəhər sakinləri Aynur Cavadov münaqişə zəminində İlham Əsədovun döş qəfəsindən bıçaqla xəsarət yetirdiyinə görə Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Mayın 1-dən 29-dək olan müddətdə Üaqub Əhmədova məxsus Kürdəxanı qəsəbəsi bağ evindən rəncərədən keçmə yolu ilə 300 metr elektrik naqili və Qoca Nağıyeva məxsus həmin qəsəbədə yerləşən evin rəncərəsindən keçmə yolu ilə qaynaq araratı, 160 metr elektrik naqili və su çəni oğurlanmışdır. Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Səbzəliyev mayın 29-da tutulmuşdur.


Mayın 29-u saat 01:30 radələrində A.Ağayev küçəsində orada yaşayan Rövşən Abdullayev qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarətlərilə KTM-ya yerləşdirilmişdir. Üasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Şahbazov tutulmuşdur.

Mayın 27-si saat 01:40 radələrində Bülbülə qəsəbəsi S.Əliyev küçəsində naməlum şəxs Lerik rayon sakinləri Nadir Səfərovu qətlə yetirmiş, Vaqif Rüstəmovun kürək nahiyəsindən xəsarət yetirmişdir. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Lerik rayon sakini Tərlan Nəsirov mayın 29-da tutulmuşdur.

Mayın 22-nə keçən gecə M.Axundov küçəsində yaşayan Zaur Bayramovun evindən rəncərədən keçmə yolu ilə televizor, mobil telefon və rul oğurlanmışdır. Üasamal RPİ 27-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini Zaur Qafarov mayın 29-da tutulmuşdur.

Mayın 28-də F.Süleymanov küçəsində nikahsız yaşayanlar Mətanət Fərəcova Rauf Cəfərovun döş qəfəsindən daxilə nüfuz edən bıçaq xəsarəti yetirdiyinə görə Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Bakı şəhər BPİ NMİ, Nəsimi RPİ NMB və 20-ci PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nəbi Ocaqverdiyevdən 6,213 qram, Əfqan Nəcəfquliyevdən 0,285 qram, Aynur Cəbrayılzadədən 1,335 qram narkotik vasitə olan heroin götürülmüşdür. N.Ocaqverdiyevin Ü.Vəzirov küçəsində yerləşən mənzilinə baxış keçirilərkən 700 qramdan artıq narkotik vasitə olan heroin aşkar olunmuşdur.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsilə axtarışda olan Samir Həsənzadə mayın 27-də tutulmuşdur.

Nərimanov RPİ NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elşən Bayramovdan 8 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar olunmuşdur.

Martın 21-də Təbriz küçəsində yerləşən bağda Bakı şəhər sakini Azər Mustafayevin cibindən naməlum şəraitdə rul və mobil telefon oğurlanmışdır. Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vadər Heydərov və Ağsu rayon sakini Əmrah Rəhimov mayın 27-da tutulmuşlar.

Bakı şəhər BPİ
Mətbuat xidməti

31.05.2011