Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 651

Fevralın 2-də Ü.Ələkbərov küçəsində, orada yaşayanlar Emil Qurbanov Rəsul Talıbovun qarın nahiyəsindən bıçaq xəsarəti yetirib. R.Talıbov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb. Yasamal RPİ CAŞ, PPXB, 29-cu PB və ÇPA-nın əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən E.Qurbanov tutulub.

Fevralın 1-i saat 08 radələrində Binəqədi şossesində Abşeron rayon sakini Azər Həsənli idarə etdiyi «Mersedes» markalı avtomobillə Gülyaz Tağıyevanı vurub və piyada xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu RPİ CAŞ və NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - Ramilə Bağırova, Habil Babayev və Azər Bağırov 0,381 qram heroini satmaq istəyərkən yaxalanıb. Üzərilərinə baxış keçirilərkən R.Bağırovadan 0,369 qram, H.Babayevdən 2,098 qram və A.Bağırovdan 2,158 qram heroin aşkar olunaraq götürülüb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində heroini Ramilə Bağırovaya narkotik maddə satan Bakı şəhər sakinləri - Ramal Hüseynov, İradə Ağayeva və Məmmədağa Səfərov fevralın 1-də Sabunçu RPİ NMB-nin əməkdaşları tərəfindən yaxalanıb. Onların üzərinə baxış keçirilərkən İradə Ağayevadan 26 qramdan artıq, M.Səfərovdan isə 10 qrama yaxın heroin aşkar edilib.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Pərviz Mehtiyev fevralın 1-də yaxalanıb.

Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Tərlan Talıbov fevralın 1-də yaxalanıb.