Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 654

Fevralın 10-da M. Hadi küçəsində Qazax rayon sakinləri - Elvin Əhmədov və Elgün Əhmədov bıçaqla Bakı şəhər sakini Yadigar Əhmədovu hədələyib pul tələb edib, sonuncu qışqırıb kömək istədikdə onlar qaçarkən ərazidə xidmət aparan DİN ÇPA-nın əməkdaşları tərəfindən yaxalanaraq Xətai RPİ 34-cü PB-yə təhvil veriliblər.

Fevralın 10-da Balakişiyev küçəsində 2 naməlum şəxs bıçaqla Gədəbəy rayon sakini Zaur Əsədovu hədələyib mobil telefonun əlindən alıb. Quldurluqda şübhəli bilinən Naxçıvan şəhər sakini Rəşadət Məmmədov və Mingəçevir şəhər sakini Xalis Cəfərov Nizami RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 25-ci PB-yə təhvil veriliblər.

Fevralın 6-da M. X. Şərifli küçəsində yerləşən «Start» idman kompleksinin geyinmə otağında Bakı şəhər sakini Aydın İsmayılovun pulu və mobil telefonu oğurlanıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zaur Rəhimov tutulub və ondan 0,255 qram heroin aşkar edilib.

Fevralın 10-u saat 07 radələrində Yeni dairəvi yolda Siyəzən rayon sakini Nurəhməd Qasımov idarə etdiyi «Opel» markalı avtomobili maneyəyə vurub, nəticədə həyat yoldaşı Nazirə Qasımova aldığı xəsarətdən hadisə yerində ölüb.

Yanvarın 24-də 40 saylı xətt avtobusunda Bakı şəhər sakini Sevil Vəliyevanın, içərisində 250 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartı olan pul kisəsi oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Sumqayıt şəhər sakini Məleykə Şamilova fevralın 10-da yaxalanıb.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Əfqan Quliyev fevralın 10-da yaxalanıb.

Fevralın 9-u saat 19 radələrində Yeni Günəşli qəsəbəsində naməlum şəxslər Bakı şəhər sakini Ramin Hüseynova bıçaqla xəsarət yetirərək mobil telefonu və 3500 manatını əlindən alıblar. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nurlan Tağıyev fevralın 10-da yaxalanıb.

Fevralın 6-da R. Məmmədov küçəsində naməlum şəxslər xuliqanlıq zəminində Bakı şəhər sakini Nicat Əliyevi döyüblər. Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xuliqanlıqda şübhəli bilinən Bakı şəhər sakinləri - Səid Əhmədov, Emin Həsənov və Zərdab rayon sakini Seymur Bəkirov fevralın 10-da yaxalanıblar.

Fevralın 9-u saat 06:20 radələrində Sabunçu qəsəbəsində Qəbələ rayon sakini Ramiq Rəsulovun idarə etdiyi «Hovo» markalı yük maşını dayanmış vəziyyədə olan Tofiq Bayramovun idarə etdiyi «Şadman» markalı yük maşınını vurub, T. Bayramov aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

Fevralın 6-da Binə qəsəbəsi ərazisində qəsəbə sakini Qoşqar Kazımov kəsilmiş-deşilmiş xəsarətlərlə Mərdəkan qəsəbəsində yerləşən klinikaya daxil olub. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Q.Kazımova xəsarət yetirən Bakı şəhər sakini Kamil Vəlixanov fevralın 9-da yaxalanıb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olanlar Murad Abbasov və Elşad Zülfüqarov fevralın 9-da yaxalanıblar.

Şamaxı rayon sakini Ədalət Ömərov və Bakı şəhər sakini Məmməd Nəhmədov Nəsimi RPİ 20-ci PB-yə ərizə ilə müraciət edərək bildiriblər ki, 15. 06. 2006-cı il tarixdə Rəşid adlı şəxs etibarlarından sui istifadə edərək Ə. Ömərovdan 87 min, M. Nəhmədovdan isə 44 min manat alaraq mənimsəyib. Nəsimi RPİ CAŞ və 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Bakı şəhər sakini Rauf Hüseynov fevralın 9-da yaxalanıb.

Fevralın 8-nə keçən gecə M. Hadi küçəsində yerləşən, Bakı şəhər sakini Etibar Əliyevə məxsus mağazadan pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə ərzaq məhsulları oğurlanıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Rasim Əliyev fevralın 9-da yaxalanıb.

Fevralın 9-da A. Abbasov küçəsində Lənkəran şəhər sakini Taleh Bağırov Gürcüstan vətəndaşı Əlləz İsmayılovun başından balta ilə 4 dəfə vuraraq xəsarət yetirdiyi üçün Yasamal RPİ CAŞ və 28-ci PB-nin əməkdaşları tərəfindən tutulub.