Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 644

Martın 5-i saat 01:15 radələrində Pirşağı qəsəbəsində Məharət Əliyevin idarə etdiyi «Mersedes», Dilşad Əliyevanın idarə etdiyi «VAZ-2103» və Qafar Qafarovun idarə etdiyi «BMW» markalı avtomobillər toqquşub. Nəticədə «Mersedes» markalı avtomobilin sərnişini Əziz Ənnağıyev və Q.Qafarov xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib, «BMW» markalı avtomobilin sərnişini Aydın Rzayev isə hadisə yerində ölüb.

Fevralın 28-də Binə qəsəbəsi ərazisində qəsəbə sakini Elman Hacıyev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Binə qəsəbə sakini Emin Bağırov martın 4-də yaxalanıb.

Sabunçu RPİ NMB və 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Pirşağı qəsəbəsində yaşayan İlqar Şükürovun evindən 1 kiloqramdan artıq marixuana aşkar edilib.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Taleh Kərimovdan 405 qram marixuana aşkar edilib.

Martın 3-də Moskva prospektində Bakı şəhər sakini Samir Bağırov qarın nahiyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İlham Axundov martın 4-də yaxalanıb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələrilə axtarışda olan Mehman Mirzəyev martın 4-də tutulub.

Dekabrın 4-ü 2012-ci il tarixdə Bakıxanov qəsəbəsi Ə.Kərimov küçəsində Bakı şəhər sakini İlham İbrahimova məxsus «Honda Civic» markalı avtomobildən şüşəni sındırma yolu ilə mobil telefon və şəxsi sənədlər oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Səfərəli Abusalamov martın 4-də tutulub.