Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 638

Martın 12-si saat 21:20 radələrində Z.Bünyadov prospektində Abşeron rayon sakini Balakərim Ağayevin idarə etdiyi «Kamaz» markalı yük maşını Biləsuvar rayon sakini Rəşad Məmmədovun və Bakı şəhər sakini Elşən Əliquliyevin idarə etdikləri «Mersedes» markalı avtomobillərlə toqquşub. Nəticədə, hər üç sürücü və B. Ağayevin sərnişini, qardaşı Nadir KTM-ə yerləşdirilib, R. Məmmədovun sərnişini Rahim Mirzalıyev isə hadisə yerində ölüb.

Noyabrın 7-si 2012-ci il tarixində 186 saylı xətt avtobusunda Bakı şəhər sakini Mehparə Balaxanovanın əl çantasından 80 manat və şəxsi sənədlər oğurlanıb. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Sumqayıt şəhər sakini Natəvan Şamilova martın 12-də yaxalanıb.

Fevralın 18-də Vidadi küçəsində naməlum şəxslər Bakı şəhər sakini Elman İbrahimovu bıçaqla hədələyərək mobil telefonunu əlindən alıblar. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Əfqan Qurbanov və Raqif Muxtarov martın 12-də yaxalanıblar. Müəyyən edilib ki, onlar Əli adlı tanışları ilə birlikdə martın 11-də 28 May küçəsində İrşad Rzaquliyevə qarşı xuliqanlıq edərək ona 4 bıçaq bıçaq zərbəsi vurublar. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən digər şəxs Əli Quliyev də yaxalanıb və ondan 5 qramdan artıq marixuana aşkar edilib.