Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 682

Sentyabrın 26-da Bakı şəhər sakini Azad Bədirov Z.Bünyadov prospektində yerləşən 3 saylı məktəbin pənəcərəsini sındırma yolu ilə 2 ədəd manitor və 2 ədəd klaviyatura oğurladığı üçün Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

***

Xəzər RPİ 1-ci və 2-ci PB-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Orduyev senytabrın 26-da yaxalanmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, o, bu il müxtəlif vaxtlarda Şağan, Mərdəkan, Buzovna, Şüvəlan qəsəbələrində Fuad Nəzərovun, Sevda Kazımovanın, Aqil Cəfərlinin, İlqar Şükürovun, Rüstəm Səfərovun, Namiq Qurbanovun, İsaxan İsaxanlının, Alik Abdullayevin, Emil Abbasbəylinin, Günay Zeynalovanın yaşadığı evdən pul, qızıl-zinət və digər əşyalar oğurlamışdır.

***

Sentyabrın 24-də «Binə» ticarət mərkəzində Bakı şəhər sakini Abuzər Əlizadənin içərisində 100 manat, 102 ABŞ dolları və mobil telefon olan əl çantası oğurlanmışdır. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Aysel Məmmədova sentyabrın 26-da yaxalanmışdır.

***

Sentyabrın 25-də Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» bazarında Lənkəran rayon sakini Mübariz Bayramov qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilmişdir. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Kəlbəcər rayon sakini Taleh Mehdiyev sentyabrın 26-da yaxalanmışdır.

***

Sentyabrın 21-də P.Fərzəliyev küçəsində Ceyhun Rzayevin evindən açıq qapıdan keçmə yolu ilə 42 manat və mobil telefon oğurlanmışdır. Nizami RPİ 23-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ayaz Alışov sentyabrın 26-da yaxalanmışdır.

***

Sentyabrın 4-də K.Kərimov küçəsində yaşayan Əhliman Əsədovun mənzilindən qapının qıfılını sındırma yolu ilə 100 ABŞ dolları, videokamera, geyim və məişət əşyaları oğurlanmışdır. Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Firudin Baxşəliyev sentyabrın 26-da yaxalanmışdır.

***

Xətai RPİ CAŞ və 37-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Türkiyə vətəndaşı Aslan İbrahim sentyabrın 26-da yaxalanmışdır.