Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 637

Oktyabrın 8-i saat 02:20 radələrində Atatürk prospektində Bakı şəhər sakini Ceyhun Hüseynzadə idarə etdiyi «Mersedes» markalı avtomobili divara vurmuş, nəticədə KTM-ya daxil olmuş və oarada ölmüşdür.

Oktyabrın 7-si saat 08:40 radələrində N.Yusifbəyli küçəsində Bakı şəhər sakini Elşən Hüseynov idarə etdiyi «Hyundai-Tucson» markalı avtomobillə Səlyan rayon sakini Gülbəniz Abbasovanı vurmuşdur. Nəticədə sonuncu KTM-ya daxil olmuş və orada ölmüşdür.

Oktyabrın 7-si saat 04 radələrində Y.Dairəvi yolda Sumqayıt şəhər sakini Mirağa Babayev idarə etdiyi «Mersedes» markalı avtomobili çəpərə vurmuş, nəticədə hadisə yerində ölmüşdür.

Oktyabrın 7-si saat 08:10 radələrində Nobel prospektində Bakı şəhər sakinləri Tofiq Niftəliyev idarə etdiyi «Hyundai-Accent» markalı avtomobillə Səidə Əliyevanı vurmuşdur. Nəticədə piyadaçı Mərkəzi Neftçilər Xəstəxanasına daxil olmuş və orada ölmüşdür.

Sentyabrın 11-də metronun «Əhmədli» stansiyasında Bakı şəhər sakini Ülviyyə Duğanın içərisində 265 manat, 101 ABŞ dolları və 2 ədəd mobil telefonu olan çantası oğurlanmışdır. Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Sumqayıt şəhər sakini Natiqə Baxşıyeva oktyabrın 7-də tutulmuşdur.

Binəqədi RPİ CAŞ-ın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddəsi ilə axtarışda olan Tural Məmmədov oktyabrın 7-də yaxalanmışdır.

Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Müqdat Şahmuradov oktyabrın 7-də yaxalanmışdır.

Oktyabrın 6-da A.İsmayılov küçəsində Ruslan Muradov kürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə KTM-ya yerləşdirilmişdir. Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Bakı şəhər sakini Bayram Nəsibov oktyabrın 7-də tutulmuşdur.

Yanvarın 25-də Bakı şəhər sakini Germi Soltaniyə məxsus Nizami küçəsində yerləşən internet klubdan açar seçmə yolu ilə 18 manat və 2130 manat dəyərində kompyuter avdanlıqları oğurlanmışdır. Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Emil Vəliəhmədov oktyabrın 7-də tutulmuşdur.

Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Əfqan Qurbanov oktyabrın 7-də yaxalanmışdır.