Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 643

Oktyabrın 18-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Cəfərov Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsində ev 6 və 127-nin lift avadanlıqlarını oğurladığı üçün Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.


Oktyabrın 18-i saat 06:30 radələrində Azadlıq prospektində Sabirabad rayon sakini Elçin Quliyev idarə etdiyi «Daewoo» markalı 14 saylı xətt avtobusu ilə Bakı şəhər sakini Rizvan Qasımovu vurmuş və o, xəstəxanaya aparılarkən yolda ölmüşdür.


Oktyabrın 18-i saat 12:25 radələrində S.Axundov küçəsində Abşeron rayon sakini Vasif Məmmədov idarə etdiyi «Daewoo» markalı avtomobillə Bakı şəhər sakini Həsən İbrahimovu vurmuş və o, xəstəxanaya aparılarkən yolda ölmüşdür.


Oktyabrın 16-da Y.Məmmədəliyev küçəsində naməlum şəxs Bakı şəhər sakini Nərminə Feyzullayevanın içərisində 80 manat, 2 ədəd mobil telefon, bankomat kartları, şəxsi sənədlər və əşyalar olan əl çantasını əlindən alaraq qaçmışdır. Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Riyad Məmmədov oktyabrın 18-də tutulmuşdur.


Nəsimi RPİ CAŞ-ın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan Hüseyn Sadıqov oktyabrın 18-də yaxalanmışdır.


Oktyabrın 16-da naməlum şəxs A.Şərifzadə küçəsində yerləşən internet klubda orada işləyən Bakı şəhər sakini Asiman Abdullayevin əlindən 200 manatını alaraq qaçmışdır. Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Əliyev oktyabrın 18-də tutulmuşdur. Müəyyən edilmişdir ki, o, oktyabr ayında müxtəlif vaxtlarda Şərifzadə küçəsində Bakı şəhər sakinləri Yasin Əliyev, Müslüm Tağıyev, İlkin Əlifli, Zöhrab Həbibov, Ayəddin Məmmədov və Nurlan İsmayılovun işlədiyi mağazalara daxil olaraq, pul xırdalamaq adı ilə hər birindən 50 manat alaraq qaçmışdır.