Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 643

Dekabrın 5-i saat 13 radələrində İnşaatçılar prospektində Bakı şəhər sakini Pərviz Əliyev idarə etdiyi «Hyundai-Sonata» markalı avtomobillə Səbuhi Xanlarovu vurmuş, sonuncu KTM-də ölmüşdür.

Dekabrın 5-i saat 10:30 radələrində H.Əliyev prospektində Bakı şəhər sakini Sevinc Rüstəmova idarə etdiyi «Mersedes» markalı avtomobillə Rəna Quliyevanı vurmuş, sonuncu hadisə yerində ölmüşdür.

Dekabrın 5-i saat 09:15 radələrində Bülbülə qəsəbəsində Bakı şəhər sakini Çingiz Kərimov idarə etdiyi «VAZ-2107» markalı avtomobillə qəsəbə sakini Adil Ağayevi vurmuş, sonuncu hadisə yerində ölmüşdür.

Dekabrın 4-ü saat 23:30 radələrində metronun «Nərimanov» stansiyasında Tovuz rayon sakini Seymur Hüseynov metro kartı almaq məqsədi ilə 100 manatlıq saxta əskinası kassaya təqdim etdiyi üçün Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Onun üzərinə baxış zamanı əlavə olaraq bir ədəd 100 manatlıq saxta əskinas aşkar edilmişdir.

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əliyar Əliyevdən 0,268 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Araşdırmalar zamanı Ə.Əliyevin sentyabrın 2-də E.Mehdiyev küçəsində Elşad Bəyalıyevi bıçaqladığı məlum olmuşdur.