“Kristal Abşeron”da su pulunu 2 dəfə qaldırdılar

“Kristal Abşeron”da su pulunu 2 dəfə qaldırdılar
Oxunma sayı: 1365

"Kristal Abşeron"ın binasında yaşayan  sakinlər hüquqlarının pozulmasından, kommunal xidmət haqlarının artırılmasından şikayətçidir.

Bu  barədə “Qafqazinfo”ya müraciət edən  sakinlər qeyd edib ki, onlarla bağlanılan müqavilə şərtlərinə əməl edilmir: “Məlum olduğu kimi, ötən il Tarif Şurası təbii qazın qiymətinin artırılması ilə bağlı qərar qəbul etmişdi. "Kristal Abşeron" sakinləri bundan çox əziyyət çəkib. Çünki MTK özəl müəssisədi və qiymətlər qeyri-əhali kateqoriyası üzrə hesablanır.
Tarif Şurasının qərarından sonra MTK istilik sistemi üçün qiymətləri 40 qəpikdən 70 qəpiyə qaldırıb. Bu isə "çatdıra bilmirik, ziyan edirik" bəhanəsi ilə qiyməti 70 qəpikdən 80 qəpiyə qaldırıblar.

İndi "Kristal Abşeron"da 50 kv metr evi olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. Tarif Şurasının qərarından sonra isti suyun kubmetrini 2 manat 30 qəpiyə qaldıran MTK bu il qiyməti kəskin şəkildə artırıb. İndi isti suyun kubmetri sakinlərə 3 manat 50 qəpiyə verilir. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, "Kristal Abşeron" isə onu qızdıraraq sakinlərə 7 dəfə baha qiymətə təqdim edir.
 
MTK rəhbərliyi qarşımıza iki şərt qoyur. "Ya kommunal xərcləri bu qiymətlərlə ödəyin, ya da özünüzə kombi sistemi çəkdirin. Onsuz da gələn ildən qazanxana bağlanacaq və istilik kəsiləcək. Məcburi şəkildə kombi sisteminə keçməlisiniz".
 
Qazanxana sistemi sakinlərin ödədiyi vəsait hesabına tikilib. Gələn ildən isə MTK onu ləğv etməyi planlaşdırır. Üstəlik müqavilədə qiymətlər 70 qəpik (istilik) və 2.3 manat (isti su) olaraq göstərilib. MTK isə sakinlərdən komunnal xərcləri 80 qəpik və 3.5 manat səviyyəsində alır. Bu isə müqavilə şərtlərinin kəskin şəkildə pozulması deməkdir”.
 
 “Qafqazinfo” sözügedən şikayətlə bağlı şirkətə sorğu bir müddətdir ki sorğu göndərsə də onlar tərəfindən məsələyə münasibət bildirilməyib. 
  
Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi