Kristofer Ştrasser: “Azərbaycanda siyasi məhbus hesab olunan kifayət qədər adam hələ də həbsxanadadır”

kristofer-strasser-azerbaycanda-siyasi-mehbus-hesab-olunan-kifayet-qeder-adam-hele-de-hebsxanadadir
Oxunma sayı: 664

K.Ştrasser “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin redaktoru olan müxalif jurnalisti azadlığa qovuşması münasibətilə" təbrik edib. “Cənab Fətullayev yeganə həbs olunmuş şəxs deyil” deyən almaniyalı parlamentari Azərbaycanda siyasi məhbus hesab olunan “kifayət qədər böyük sayda” başqa adamların da hələ həbsxanada qaldığını vurğulayıb.

“Mən yaxın həftələrdə bütün bu məsələlərin müzakirəsi üçün Azərbaycana gəlməkdən şad olardım. Bilirsiniz ki, Ermənistanda da siyasi məhbus problemi qalmaqdadır. Heç bir əsas yoxdur ehtimal edək ki, Azərbaycanın Ermənistanla müqayisədə bu məsələləri həll etmək üçün daha az imkanı var”, - deyə Ştrasser deyib.

K.Ştrasser hakimiyyətə çağırış etməyi də unutmayıb: “Mən çox ümid edirəm ki, doğru istiqamətdə atılmış bu addım növbəti irəliləyişlər baxımından müsbət zəmin yaradacaq. Mən Azərbaycan hakimiyyətini bir müddət əvvəl həbsxanaya salınmış iki gənc siyasi fəal Cabbar Savalanlı və Bəxtiyar Hacıyevi də təcili olaraq azad etməyə çağırıram”.