Kuba səfirindən Trampa cavab

Kuba səfirindən Trampa cavab
Oxunma sayı: 1

Kubanın Vaşinqtondakı səfiri Xose Ramon Kabanyas sosial mediada  ABŞ prezident Donald Trampa cavab verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə öz tvitter hesabında yazıb.

“Kuba indi rəsmən ABŞ xarici siyasətinin yeni düşmənidir. Ehtiyatlı olun”,-deyə səfir yazıb.  

Daha sonra isə orijinal yazı sosial şəbəkədən silinib.

Qeyd edək ki, Tramp Mayamidə çıxışı zamanı “Kubaya qoyulan investisiyalar və turizm, birbaşa orduya qazanc təmin edir. Rejim pulu alır və bazarı nəzarəti altında saxlayır. Son (Obama administrasiyasının-red) rəhbərliyin verdiyi prezident fərmanının nəticəsində Kubada təzyiq, demokratik hərəkatlara və sülhə hücum artıb”,- deyə söyləyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi