Kubada Kastroların 60 illik hakimiyyətinə son - Yeni lider odur

kubada-kastrolarin-60-illik-hakimiyyetine-son
Oxunma sayı: 2732

Kuba yeni liderini seçib.

“Qafqazinfo” xəbər verir ki, 57 yaşlı yeni lider Migel Diaz-Kanelin adı parlamentin iclasında elan edilib. O, 2008-ci ildən bu postu tutan 86 yaşlı Raul Kastronu əvəzləyib. 

Bununla da, Kubada Fidel Kastronun 1959-cu ildə baş nazir olması ilə başlayan Kastro qardaşlarının 59 illik hakimiyyəti sona çatıb.

Qeyd edək ki,Migel Diaz-Kanel Kommunist Partiyasının növbəti konqresinə - 2021-ci ilə kimi rəhbər vəzifəsində qalacaq. 

Aysel Kərimova