Kubada matəm elan olundu

kubada-matem-elan-olundu
Oxunma sayı: 1283

Kubada baş vermiş təyyarə qəzası ilə əlaqədar matəm elan olunub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kuba Dövlət Şurası bununla bağlı bəyanat yayıb:

“Aviaqəza ilə əlaqədar 19-20 may tarixlərində rəsmi matəm elan olunur”.

Matəm ərəfəsində hökumət orqanlarının binalarında və hərbi obyektlərdə bayraqlar endiriləcək. 

Qeyd edək ki, ötən gün Kubada “Boeing 737” sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində 107 nəfər ölüb, 3 nəfər yaralanıb. Rəsmi mənbələrdə göyərtədə 110 nəfərin, qeyri-rəsmi mənbələrdə isə 113 nəfərin olduğu bildirilir. Qara qutu hələlik tapılmayıb. 

Nuranə