Kubada təyyarə qəzası - 107 ölü, 3 yaralı + Yenilənib

kubada-teyyare-qezasi
Oxunma sayı: 4795

Kubanın paytaxtı Havanada təyyarə qəzası baş verib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, “Boeing 737” tipli sərnişin təyyarəsi hava limanından qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.

Təyyarədə 100-dən çox sərnişinin olduğu bildirilir. Ölənlərin sayı dəqiqləşdirilir.

Hadisənin dəqiq səbəbi bilinmir.

***

Təyyarədə 104 sərnişin və 4 ekipaj üzvünün yer aldığı açıqlanıb. Məlumata görə, 3 nəfər ağır yaralı halda sağ qalıb.

***

Qəzada 101 nəfərin öldüyü açıqlanıb. Hələlik 4 nəfərin taleyindən xəbər yoxdur.

Qeyd edək ki, təyyarə əkin sahəsinə düşüb. Hazırda ərazidə tədbirlər davam etdirilir.

***

Təyyarənin göyərtəsində 105 yox, 110 nəfərin olduğu bildirilir. Bu barədə layneri icarəyə götürən "Global Air" şirkəti bildirib. Nəticədə, ölənlərin sayı artaraq 107 nəfər olub.