Kubada tornadodan ölənlərin sayı artıb

kubada-tornadodan-olenlerin-sayi-artib
Oxunma sayı: 764

Kubanın paytaxtı Havanada yanvarın 28-də baş verən tornado səbəbindən daha bir nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə adanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da, tornadodan ölənlərin sayı yeddi nəfərə çatıb. Son rəqəmlərə görə, atmosfer burulğanından 200 nəfər zərər çəkib.